Главная > Cəmiyyət > “Tesla” 475 mindən çox elektrik avtomobilini geri qaytarıb

“Tesla” 475 mindən çox elektrik avtomobilini geri qaytarıb


1-01-2022, 13:21. Разместил: admin
“Tesla” texniki nasazlıqla əlaqədar qəza riski yaradan 475 mindən çox elektrik avtomobilini geri qaytarıb.


Qeyd olunur ki, şirkət ötən il təxminən eyni sayda - təxminən 499 min elektrik avtomobili geriyə qaytarmaq məcburiyyətində qalıb.

Mənbə yazır ki, “Tesla” 2017-2020-ci illər arasında istehsal olunmuş bütün “Model 3” avtomobillərini (onların sayı 356 mindən çoxdur) geriyə qaytarmağı planlaşdırır.

Buna səbəb elektromobillərin baqajını açıb-bağlayan zaman arxa görüntü kamerasının naqillərinin zədələnmə ehtimalı göstərilir.
Вернуться назад