Главная > Cəmiyyət > “Bakcell” Ağdamda yaralanan əməkdaşı haqda məlumat yaydı

“Bakcell” Ağdamda yaralanan əməkdaşı haqda məlumat yaydı


30-12-2021, 15:14. Разместил: admin
Bakcell” əməkdaşının Qarabağda yaralanması ilə bağlı açıqlama yayıb.

“Azadsəs.az” həmin açıqlamanı təqdim edir:

“Böyük təəssüflə bildiririk ki, Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində xidməti vəzifələrini yerinə yetirən əməkdaşlar erməni silahlıları tərəfindən atəşə tutulub. Hadisə nəticəsində yaralanan Anar Rəhimliyə hazırda tibbi xidmət göstərilir və həyatı üçün təhlükə yoxdur.

Hazırda Bakcell şirkəti işğaldan azad olunmuş ərazilərimizdə mobil şəbəkənin qurulması istiqamətində genişmiqyaslı işlər aparır və əməkdaşlarımızın Ağdama səfərinin məqsədi də həmin ərazidə mobil şəbəkənin qurulması olub”.
Вернуться назад