Главная > Cəmiyyət > “Qarabağ” Antalyada 5 oyun keçirəcək
“Qarabağ” Antalyada 5 oyun keçirəcək27-12-2021, 15:13. Разместил: admin |
“Qarabağ” klubunun qış hazırlıq planı müəyyənləşib. “Azadsəs.az” xəbər verir ki, komanda yanvarın 5-i Bakıda məşqləri bərpa edəcək. Hazırlığın 2-ci mərhələsi Türkiyənin Antalya şəhərində baş tutacaq. Ayın 12-də qonşu ölkəyə yollanacaq “köhlən atlar” “Gloria Sports Arena”da məskunlaşacaq. “Qarabağ” yanvarın 14-ü “Qaz Metan” (Rumıniya), yanvarın 21-i “Şlyonsk Vroçlav” (Polşa), yanvarın 25-i isə “Visla Krakov” (Polşa) klubları ilə üz-üzə gələcək. Yanvarın 21-i və 25-i daha iki oyun nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın “Batska Topola” və Slovakiyanın “Tatran” klubları ilə üz-üzə gələcək. Bu iki oyunda əsasən, gənc futbolçulara şans veriləcək. Komandanın Antalya toplanışı yanvarın 26-da başa çatacaq. Вернуться назад |