Главная > Cəmiyyət > İlahiyyat İnstitutuna yeni rektor təyin edildi

İlahiyyat İnstitutuna yeni rektor təyin edildi


12-05-2020, 11:36. Разместил: azadses
Prezident İlham Əliyev Aqil Şirinovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azad Səs-in məlumatına görə, sərəncamla Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.
Qeyd edək ki, A.Şirinov 1979-cu ilin sentyabrın 28-də Kəlbəcər şəhərində anadan olub. 
O, bu təyinata qədər Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru idi. Eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsini müvəqqəti icra edirdi

Вернуться назад