Главная > Cəmiyyət > Bu il 737 məktəbdə monitorinq aparılıb

Bu il 737 məktəbdə monitorinq aparılıb


23-12-2021, 13:17. Разместил: admin
Təhsildə Keyfiyyət Təminatı Agentliyi bu il ərzində monitorinq keçirilən məktəblərin sayını açıqlayıb.

“Azadsəs.az” xəbər verir ki, bu barədə agentliyin sədri Eldar Orucov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu dövr ərzində ümumilikdə 737 məktəbdə monitorinq keçirilib:

“Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair müvafiq qaydaların tələblərinə əməl olunmasının yoxlanılması məqsədilə I yarımil ərzində 137, II yarımil ərzində isə 600 məktəbdə monitorinq aparılıb”.

E. Orucov, həmçinin əlavə edib ki, ümumilikdə 15 ali təhsil müəssisəsində (ADPU-nun 5 filialı, ADU, Azərbaycan Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, OYU, BANM, Polis Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Naxçıvan Universiteti və Naxçıvan Müəllimlər İnstitutu) Akkreditasiya Komissiyasının verdiyi tövsiyələrin icrasının monitorinqi aparılıb.
Вернуться назад