Главная > Cəmiyyət > Polis burada maska payladı

Polis burada maska payladı


9-05-2020, 13:52. Разместил: azadses
Qusar polisi sakinlərə tibbi maska paylayıb. 
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Şöbə əməkdaşları tərəfindən mütəmadi olaraq rayon sakinləri ilə
maarifləndirici söhbətlər aparılır, rejim qaydaları barədə məlumatlar verilir. 
Həmçinin polis əməkdaşları tərəfindən rayon ərazisində yerləşən poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara sosial məsafənin qorunmasının zəruriliyi barədə məlumatlar verilir, onlara tibbi maska paylanılır.

Вернуться назад