Главная > Cəmiyyət > Prezident onları vəzifələrindən azad etdi - SƏRƏNCAM
Prezident onları vəzifələrindən azad etdi - SƏRƏNCAM6-05-2020, 16:27. Разместил: azadses |
Prezident İlham Əliyev Ali Məhkəmənin Cinayət Kollegiyası və Mülki Kollegiyası sədrlərinin vəzifələrindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Şahin Yaşar oğlu Yusifov öz arzusu ilə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilib. Şəlalə Ağakərim qızı Məmmədova öz arzusu ilə Ali Məhkəmənin Mülki Kollegiyasının sədri vəzifəsindən azad edilib. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. Вернуться назад |