Главная > Cəmiyyət / Manset > Ceyhun Bayramovdan Dövlət Bayrağı Günü ilə bağlı təbrik

Ceyhun Bayramovdan Dövlət Bayrağı Günü ilə bağlı təbrik


9-11-2021, 16:38. Разместил: admin
Xarici işlər naziri Ceyhun Bayramov Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Azadsəs.com” xəbər verir ki, XİN rəhbəri bu barədə tviter hesabında paylaşım edib. O bildirib ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur:

“Bu əlamətdar gün münasibətilə bütün həmvətənlərimizi təbrik edirik! Üçrəngli bayrağımız həmişə qürurla dalğalansın”.

Nazir daha sonra paylaşımına Xalq şairi Bəxtiyar Vahabzadənin “Bayraq” şeirindən kiçik bir hissə əlavə edib:

“Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim”.
Вернуться назад