Главная > Cəmiyyət > Milli Məclisdə gözlənilməz dəyişiklik - Yeni mətbuat katibi təyin olundu

Milli Məclisdə gözlənilməz dəyişiklik - Yeni mətbuat katibi təyin olundu


6-05-2020, 13:31. Разместил: azadses
Milli Məclisə yeni mətbuat katibi təyin olunub.
Azad Səs xəbər verir ki Parlamentdən Oxu.Az-a verilən məlumata görə, spiker Sahibə Qafarovanın sərəncamı ilə teleaparıcı Ceyhun Əli parlamentin mətbuat xidmətinin rəhbəri vəzifəsinə gətirilib.
Qeyd edək ki, mayın 5-də AzTV-nin əməkdaşı Elnar Məmmədlinin Milli Məclisin mətbuat katibi təyin olunduğu barədə xəbər yayılmışdı.Milli Məclis isə bununla bağlı xəbərləri nə təsdiq, nə də inkar etmişdi. Elnar Məmmədlinin bu gün təqdimatı gözlənilirdi.
Qeyd edək ki, buna qədər Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu olub.
Xatırladaq ki, C.Əlinin mətbuat katibi təyin edilməsi ilə bağlı ilk məlumatı BakuPost yayıb.
Вернуться назад