Главная > Cəmiyyət > “Tikin.az” sonsuz sayda xidmətləri və tikinti materiallarını bir addımlığınıza gətirir

“Tikin.az” sonsuz sayda xidmətləri və tikinti materiallarını bir addımlığınıza gətirir


6-10-2021, 19:14. Разместил: azadses
Tikinti materialları bazarında yeniliklərə imza atan, tikinti elanları yerləşdirmək üçün “Tikin.az” portalı 2021-ci ildən öz fəaliyyətinə başlamış bir “FINANCE GROUP” məhsuludur.

Əminliklə deyə bilərik ki, portalımız istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb və istifadəyə verilməsindən az müddət keçməsinə baxmayaraq, müştərilərimizin sayı durmadan artmaqdadır.

Bu gün “Tikin.az” portalı ölkənin tikinti bazarında mişar daşı, kərpic, beton, armatur, taxta, sement və s. kimi müxtəlif tikinti materiallarının satışından tutmuş, fərqli bacarıqlara sahib ustaların sifarişi və logistika xidmətlərinə qədər çox sayda elanı özündə birləşdirən onlayn kataloq və qiymət aqreqatorudur.

Şirkətimizin ərsəyə gəlmə səbəbi müştəriləri keyfiyyətli və layiq olduqları yüksək səviyyəli xidmətlər ilə təmin etməkdir. Portalda topdan və pərakəndə məhsul satıcılarının, xüsusi texnika satışı və kirayəsini həyata keçirən şəxslərin, dizaynerlərin, elektriklərin, mühəndislərin və s. xidmət göstərən peşəkar şəxslərin elanları yer alıb. Portalımızdan istifadə edən hər bir müştəri hər hansı xidmət və yaxud məhsulun çeşidləri, texniki xüsusiyyətləri barədə ətraflı məlumat əldə etmək imkanına sahibdir. Bu isə müştərilərimizə daha düzgün seçim etməyə yardımçı olacaq.

Xüsusilə vurğulamaq lazımdır ki, əsas prinsipimiz müştərilərin rahatlığını düşünməkdir.

Portalımız məhz bu məqsədlər üçün Azərbaycanın tikinti sahəsində növbəti yeniliyə imza ataraq, sonsuz sayda xidmətləri müştərilərin bir addımlığına gətirir. Belə ki, portal müştərinin ona ən yaxın məsafədə yerləşən satıcının və yaxud xidmət göstərən şəxsin elanlarını nəzərdən keçirmək imkanı ilə təmin edilib. Bununla yanaşı, portal müştəriyə ən ucuz qiymət təklifini tapmağa da şərait yaradır. Bu isə öz növbəsində müştərilərimizin həm vaxtına, həm də vəsaitlərinə qənaət etmək məqsədi daşıyır.

Portalımız tikinti materiallarının satış prosesinin optimallaşmasına, ümumilikdə isə ölkənin tikinti bazarına günü-gündən töhfə verməkdədir. Şirkətimiz sahib olduğu bütün bu və digər xüsusiyyətlər sayəsində inşaat sahəsində öz sözünü demiş tikinti materiallarını müştərilər üçün daha əlçatan və yaxın edir.
Вернуться назад