Главная > Cəmiyyət / Manset > Ağdaşda avtomobil 13 yaşlı qızı vuraraq ağır xəsarət yetirib

Ağdaşda avtomobil 13 yaşlı qızı vuraraq ağır xəsarət yetirib


20-09-2021, 09:21. Разместил: azadses
Ağdaş rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 2008-ci il təvəllüdlü Çələbiyeva Arzu Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад