Главная > Cəmiyyət / Manset > Tualetə mobil telefonla getməyin – SƏBƏB
Tualetə mobil telefonla getməyin – SƏBƏB19-09-2021, 08:49. Разместил: azadses |
Tualetdə telefonla vaxt keçirmək Hemoroid (babasil) xəstəliyi riskini artırır. Bu qənayətə türkiyəli cərrah Səbahəddin Çəlik gəlib. Mütəxəssis “Smartfonların Hemoroid xəstəliyi ilə əlaqəsini araşdırma” adlı elmi çalışmalar aparıb. Araşdırmaya hemoroid xəstəliyi olan 882 və hemoroid şikayəti olmayan 802 nəfər cəlb edilib. Məlum olub ki, insanların çoxu tualetə smartfonla girirlər. “Mobil telefonla tualetə gedənlərin orada daha çox zaman keçirdiyini müşahidə etdik. Bu da hemoroid patogenezində risk faktorudur. Təzyiq səbəbiylə hemoroid şikayətləri artır”. Həkim mümkün risklərin qarşısının alınması üçün smartfonlarla tualetə getməməyi tövsiyə edir. Mənbə: “Anadolu” agentliyi Вернуться назад |