Главная > Cəmiyyət / Manset > İmişlidə avtomobil aşıb, iki nəfər xəsarət alıb

İmişlidə avtomobil aşıb, iki nəfər xəsarət alıb


13-09-2021, 18:29. Разместил: azadses
İmişlidə xəsarətlə nəticələnən yol qəzası olub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə İmişli şəhərində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində İmişli şəhər sakinləri - 1999-cu il təvəllüdlü Həsənli Aqşin Səhliyar oğlu və 1999-cu il təvəllüdlü Rzayev Rahim İnqilab oğlu xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад