Главная > Cəmiyyət > Apteklərdə köhnə maskalar və keyfiyyətsiz spirt satılır? - AİB rəhbəri şikayətlərdən danışdı
Apteklərdə köhnə maskalar və keyfiyyətsiz spirt satılır? - AİB rəhbəri şikayətlərdən danışdı30-04-2020, 10:47. Разместил: azadses |
Karantin dövründə Azərbaycan Azad İstehlakçılar Birliyinə (AİB) çoxlu sayda şikayət zəngləri gəlir. İstehlakçılar apteklərdə həddindən artıq nazik və yeniyə heç bənzəməyən keyfiyyətsiz tibbi maskaların satıldığını bildirirlər. Tibbi spirtin keyfiyyəti ilə əlaqədar da şikayətlər daxil olub. AİB-ə müraciət edənlərin sözlərinə görə, bəzi şüşələrin içindən ümumiyyətlə spirt qoxusu gəlmir, elə bil ki, tərkibinə nə isə qatılıb. Bu barədə Media.Az-a AİB rəhbəri Eyyub Hüseynov deyib. Eyni zamanda, qurum rəhbəri bu yaxınlarda keyfiyyətsiz toyuq satışına dair məlumatların da daxil olduğunu bildirib. “Bundan əlavə, oxşar şikayətlər əvvəllər Qida Təhlükəsizliyi Agentliyinə də daxil olub. Araşdırma zamanı məlum olub ki, Azərbaycan vətəndaşı ölkəyə gətirilən məhsulları emalatxanasında qeyri-standart şəraitdə saxlayıb. Həmçinin, məlum olub ki, çəkinin artırılması üçün naməlum mənşəli məhlul məhsula inyeksiya edilib. Üstəlik, bu toyuqların satışı “Siyəzən çolpa” və “Cücələrim” markaları altında satılıb. Məhsulların istifadə müddətinin başa çatdığı da məlum olub. Qida Təhlükəsizliyi Agentliyinin işçiləri tərəfindən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Nümunələr isə sonrakı tədqiqatlar üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Buna baxmayaraq, istehlakçılar yenə də AİB-ə zəng edərək narahatlıqlarını bildirirlər. Mən ekspertizanın nəticələrini əldə etmək üçün artıq müvafiq dövlət qurumlarına və Agentliyə müraciət hazırlayıram”, - deyə AİB rəhbəri qeyd edib. E.Hüseynov “Göy-göl şərab” markası ilə satılan “İçməli spirtli” içki məhsullarından da şikayət olduğunu söyləyib. “Məlum olub ki, bu məhsullar aksiz markası olmadan satılır. Etiketdəki nömrələrə zəng etdim. Xəstəxanadan və mənzildən mənə cavab verdilər. Belə çıxır ki, bazarda saxta məhsullar satılır. Biz bu məsələ ilə də məşğuluq, şikayətləri aidiyyəti dövlət qurumlarına göndərməyi planlaşdırırıq”, - deyə E.Hüseynov sözlərini yekunlaşdırıb. Вернуться назад |