Главная > Cəmiyyət / Manset > Bakıda 23 yaşlı gənc motosikletlə qəza törədib xəstəxanalıq oldu

Bakıda 23 yaşlı gənc motosikletlə qəza törədib xəstəxanalıq oldu


16-08-2021, 07:56. Разместил: azadses
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

1998-ci il təvəllüdlü Kamallı Tural Asim oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək avtomobilə çırpılıb.

Hadisə yerində xəsarət alan motosikletin sürücüsü təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol topuğun və sol incik sümüyünün sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад