Главная > Cəmiyyət / Manset > Şəkidə piyadanı avtomobil vurub

Şəkidə piyadanı avtomobil vurub


27-07-2021, 12:07. Разместил: azadses
Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu keçən piyada “Skhoda” markalı minik avtomobili tərəfindən vurulub. Xəsarət alan şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад