Главная > Cəmiyyət / Manset > Qubada 66 yaşlı kişi özünü asaraq öldürüb

Qubada 66 yaşlı kişi özünü asaraq öldürüb


25-07-2021, 17:52. Разместил: azadses
Qubada 66 yaşlı kişi intihar edib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun İkinci Nügədi kəndində qeydə alınıb.

Kənd sakini 1955-ci il təvəllüdlü Qadir Abasov özünü yaşadığı evdə asaraq öldürüb.

Hadisə yerinə Quba Rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirib.

Qeyd edək ki, Q.Abasovun evdə tək yaşadığı bildirilir.


Вернуться назад