Главная > Cəmiyyət / Manset > Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var


25-07-2021, 09:33. Разместил: azadses
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" un məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində, sərnişin 1960-cı il təvəllüdlü Quliyeva Bacıxanım Həmdullah qızı xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад