Главная > Cəmiyyət / Manset > Ağsuda iki avtomobil toqquşdu, xəsarət alan var

Ağsuda iki avtomobil toqquşdu, xəsarət alan var


23-07-2021, 11:22. Разместил: azadses
Ağsu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin 1973-cü il təvəllüdlü İslamov Cavanşir Ələddin oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад