Главная > Cəmiyyət > 190 manatı kim almaq istəyir? - 49 evi olan, 10 min qazananlar

190 manatı kim almaq istəyir? - 49 evi olan, 10 min qazananlar


24-04-2020, 12:42. Разместил: azadses
Azərbaycanda işsiz şəxslər üçün nəzərdə tutulan 190 manatı almaq üçün müraciət edənlər arasında mülkiyyətində 4-5 və daha çox daşınmaz əmlakı, obyektləri, avtomobilləri, əlavə gəlirləri, 49 mənzili olan şəxslər var. Bu barədə Əmək bvə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəsmisi Fazil Talıbov məlumat verib. 
"Sizcə, adında 49 mənzil olan vətəndaşın aztəminatlı işsizlər üçün nəzərdə tutulan 190 manata ehtiyacı ola və buna haqqı çata bilər?!
Yaxud son 3 ayda gəliri 10 min manatın üzərində olan 3000-dən çox şəxsin birdəfəlik ödəmə üçün müraciət etməyə nə vadar edir?! Məhz bu kateqoriyadan olan bəzi şəxslərə imtina cavabı verildikdən sonra sosial şəbəkələrdə iftira və qarayaxma ilə məşğul olmalarına, süni ajiataj yaratmalarına nə ad qoymaq olar? Təəssüf ki, bir çox məlumatlar fərdi xarakter daşıdığından belələri ilə bağlı informasiyaları açıqlamaq olmaz".
O qeyd edib ki, müraciətlərin təhlili göstərir ki, əslində maddi imkanları yetərli, məşğul əhali qrupuna aid olan, dövlətdən müxtəlif sosial ödənişlər, hətta yüksək pensiya və müavinət alan vətəndaşlar da aztəminatlı işsizlər üçün nəzərdə tutulan vəsaiti əldə etməyə cəhd edirlər.
Bu günədək baxılmış müraciətlərdən,
- Müqavilə ilə işləyən və əmək haqqı alanlar – 260 min;
- Aktiv VOEN-i olanlar – 160 min;
- Dövlətdən müxtəlif sosial ödənişlər və yardım alanlar – 150 min;
- Ölkə xaricindən müraciət edənlər – 60 min (bu şəxslər ölkə xaricində olduğu üçün Azərbaycanda işsiz kimi qeydiyyatdan keçə bilməzlər);
- Özünün və ya həyat yoldaşının mülkiyyətində müxtəlif ünvanlarda 2 və daha artıq daşınmaz əmlak olanlar – 29 min;
- İcarəyə verdikləri obyektlərdən gəlir əldə edənlər – 9 min və s.
​Nazirlik rəsmisi bildirib ki, 350 min şəxsə ödəniş edilib və proses davam edir. Birdəfəlik ödəmə ilə bağlı müraciətlər 22 elektron informasiya bazası üzərindən araşdırılır. Bu araşdırmalar həqiqətən aztəminatlı işsiz və xüsusi karantin dövründə qazancını itirən qeyri-formal işləyən şəxsləri müəyyən etmək və 190 manatlıq ödənişi məhz bu kateqoriyadan olan, dövlətdən sosial ödənişlər almayanlara təyin etmək məqsədi daşıyır.
Onun sözlərinə görə, qeyd olunan hallar müraciətlərə baxılması və emalında e-sistem üçün əlavə iş yükünə çevrilir, heç bir işi, gəliri olmayan, dövlətdən hər hansı sosial ödəniş və ya yardım almayan aztəminatlı işsizlərin müraciətlərinə baxılmasını texniki baxımdan gecikdirir.


Вернуться назад