Главная > Cəmiyyət / Manset > Bilgəh çimərliyində qəza: Bir yaşlı körpə ağır yaralandı

Bilgəh çimərliyində qəza: Bir yaşlı körpə ağır yaralandı


18-07-2021, 08:38. Разместил: azadses
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Rayonun Bilgəh qəsəbəsində yerləşən çimərlik ərazisində iki avtomobil toqquşması nəticəsində avtomobildə olan sərnişin 2020-ci il təvəllüdlü Qurbanova Rüqəyya Tərlan qızı xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад