Главная > Cəmiyyət / Manset > Azərbaycanda küçəyə atılmış körpənin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

Azərbaycanda küçəyə atılmış körpənin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB


12-07-2021, 19:02. Разместил: azadses
Ucar Rayon Mərkəzi Xəstəxanası küçədə tapılan yeni doğulmuş uşaqla bağlı açıqlama verib.

Xəstəxanadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, körpə bu gün səhər saatlarında tibb müəssisəsinə təhvil verilib:

“Yeni doğulmuş körpənin çəkisi 4,1 kiloqram, boyu isə 53 santimetrdir. Onun müalicəsi yeni doğulmuşlar şöbəsində aparılır”.

“Yeni doğulmuşun vəziyyəti qənaətbəxşdir”, - deyə xəstəxanadan qeyd edilib.

10:10

Ucar rayonunda yeni doğulmuş uşaq tapılıb.

Bu barədə Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, körpə səhər saatlarında küçədə tapılıb.

Oğlan uşağı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıtda “Yaşıldərə” yaşayış massivində zibil qutusundan yeni doğulmuş uşaq tapılmışdı.

İlhamə Əbülfət


Вернуться назад