Главная > Cəmiyyət > Ramazanda koronavirusa yoluxmamaq üçün bunları yeyin

Ramazanda koronavirusa yoluxmamaq üçün bunları yeyin


22-04-2020, 09:57. Разместил: azadses
İmmuniteti güclü saxlamaq, qan şəkərini tənzimləmək üçün karbohidratları azaldın
Bu il on bir ayın sultanı hesab edilən müqəddəs Ramazan ayı dünyanın koronavirus ilə mübarizə apardığı bir dövrə təsadüf edir. On minlərlə insanın ölümünə, milyonların yoluxmasına səbəb olan virusun kölgəsində Ramazan hazırlaqları da sürətlənib. Virusun dünyanı cənginə aldığı dövrdə mütəxəssislər qidalanma ilə bağlı xəbərdarlıq ediblər. Bəs onlar hansılardır? 
İlk növbədə imsak və iftarlarda karbohidratdan uzaq dayanmaq məsləhət görülür. Onların sözlərinə görə, çörək insanı daha tez acdırır və suya olan təlabatını artırır. Bunun üçün də çörək, bulka, müxtəlif un məmulatlarından istifadəni minimuma endirmək məsləhətdir. 
İmsakda zeytun, pendir, yumurta və kərə yağı ilə qidalanın. 
İftarda yeməyə 20 dəqiqə fasilə verin. Uzun müddət boş qalan mədənizi karbohidratla yükləməyin. Yeməyə şorba və salat ilə başlayın. Ən yaxşı seçim isə ət suyunda hazırlanan tərəvəz şorbalarıdır. İki yemək arasında 20 dəqiqə fasillə ilə qan şəkərini tənzimləmək mümkündür.
Su ilə yanaşı, lavanta və çökə çayı susuzluğu aradan qaldırır.
Orucu xurma və ya bir neçə zeytunla açın. 
Şərbətli şirniyyatlardan uzaq durun. Şirniyyat ehtiyacınızı quru meyvə və ya təzələri ilə ödəyin. 
Ən azı bir süd məhsulunun süfrənizdə olmasına çalışın. 
Abartılı iftar süfrələrindən uzaq durun. Çünki ağır yeməklər qan təzyiqini,şəkəri tənzimləyə bilmir. Nəticədə immun sisttemi zəifləyir. Bu isə virusların meydana çıxması üçün münbit mühitdir. 




Вернуться назад