Главная > Cəmiyyət / Manset > ABŞ-ın xarici siyasətinə töhfə verən türk əsilli xanımlar
ABŞ-ın xarici siyasətinə töhfə verən türk əsilli xanımlar28-06-2021, 16:01. Разместил: azadses |
İki Türk əsilli qadın ABŞ-ın xarici siyasətinin formalaşmasında mühüm rol oynayıb. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat paylaşıb. ABŞ-da türk imiqrantların övladı olan Naz Durakoğlu və Türkiyədən ABŞ-a köçən Özge Güzelsu, Prezident Baydenin administrasiyasının ən yüksək səviyyəli xarici siyasət məmurlarından ikisidir. Xanım Durakoğlu ABŞ Dövlət Departamentinin Dövlət Katibinin Qanunvericilik məsələləri üzrə köməkçisi, Özge Güzelsu isə Müdafiə Nazirliyinin Qanunvericilik üzrə Baş müşavirinin müavini vəzifəsini icra edir. Belə ki, prezident Bayden Amerikanın müxtəlifliyini ABŞ-ın güclü tərəflərindən biri kimi görür. Öz vəzifəsinin icrasını başlayarkən, irqi irs haqqında imzalanmış sərəncamında Prezident Bayden bərabərlik prinsipini “Amerika demokratiyasının təməli” adlandırıb. Вернуться назад |