Главная > Cəmiyyət / Manset > Günəşin təsiri ilə kəskinləşən xəstəliklər açıqlandı
Günəşin təsiri ilə kəskinləşən xəstəliklər açıqlandı26-06-2021, 09:56. Разместил: azadses |
İsti havalarda ultrabənövşəyi şüalarla yanaşı infraqırmızı şüalar və havanın rütubəti insan orqanizminə təsir göstərir. RT-nin məlumatına görə, bu barədə rusiyalı tibb elmləri doktoru, dermatoveneroloq İrina Skoroqudayeva Günəşin ağırlaşdırdığı xəstəliklər barədə danışarkən bildirib. Onun sözlərinə görə, yüksək rütubətə görə istilik vurmasına məruz qalmaq mümkündür. “Nəm hava ürək-damar diaqnozu qoyulmuş xəstələr üçün çox çətin haldır”, - deyə ekspert qeyd edib. O vurğulayıb ki, ultrabənövşəyi şüalar açıq rəngli dərisi olan insanlar üçün xüsusilə təhlükəlidir, çünki genetik səviyyədə müdafiədən məhrumdurlar. “Bu insanlar demək olar ki, qarala bilmirlər və hətta qısa müddətdə, intensiv günəş olmasa belə (məsələn, səhər və axşam) yana bilərlər”, - deyə o vurğulayıb. Həkimin sözlərinə görə, ən böyük problem Günəş işığının təsiri ilə yaranan xərçəngdir. “Bundan başqa, yayda ciddi xroniki xəstəlik olan rosacea yarana bilər, immunitet pozulduğu üçün viruslu xəstəliklər, herpes kəskinləşə bilər. Dəridə kollagen məhv olur, piqmentasiya, yanıqlar meydana gəlir, yaşlanma sürətlənir”, - deyə o əlavə edib. Skoroqudaneva Günəşin faydalarından da danışıb. “Məsələn, günəşli günlərdə serotonin və D3 vitamini (hansı ki, Günəşdə qaraldıqdan sonra - cüzi qızartıda, ancaq yanıq olmadığı zaman dəridə sintez olunur) istehsal olunduğu üçün depressiv vəziyyətin faizi azalır”. Mütəxəssis, su içmə rejiminə riayət etməyi və bədəndə lazımi mikroelementləri saxlamaq üçün kifayət qədər duz istehlak etməyi məsləhət gördü. Вернуться назад |