Главная > Cəmiyyət > Bakıda 14 yaşlı yeniyetmə qızı avtomobil vurdu

Bakıda 14 yaşlı yeniyetmə qızı avtomobil vurdu


4-06-2021, 10:58. Разместил: azadses
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Yolu keçən 2007-ci il təvəllüdlü Əsgərli Humay İlyas qızını avtomobil vurub.

Yaralı yeniyetmə təcili yardımın köməkliyi ilə paytaxtda yerləşən özəl xəstəxanaların birinə çatdırılıb.

Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад