Главная > Cəmiyyət > Azərbaycanlı teleaparıcı vəfat etdi - ÖLÜMÜNÜN TƏFƏRRÜATI + YENİLƏNİB

Azərbaycanlı teleaparıcı vəfat etdi - ÖLÜMÜNÜN TƏFƏRRÜATI + YENİLƏNİB


2-06-2021, 16:36. Разместил: azadses
Tanınmış aparıcı Şamil Famillinin vəfatı ilə bağlı bəzi detallar ortaya çıxıb.

“Qafqazinfo” xəbər verir ki, ilkin məlumata əsasən, aparıcı dünyasını dəyişəndən iki gün sonra evində tapılıb. O, hamam otağından çıxarkən müvazinətini itirərək yıxılıb. Nəticədə başından ağır xəsarət alan aparıcı hadisə yerindəcə həyatını itirib.

Ş. Famillinin yaxınları sonuncu dəfə mayın 31-də onunla əlaqə saxladıqlarını qeyd ediblər. Ondan iki gün xəbər almadıqlarını, bundan sonra hərəkətə keçdiklərini bildiriblər.

Aparıcının nəşi tibbi ekspertizaya göndərilib.

09.00

Məşhur azərbaycanlı teleaparıcı Şamil Familli vəfat edib.

Bu barədə ARB telekanalı məlumat yayıb.

Ş.Famillinin ölüm səbəbi hələlik açıqlanmayıb

Qeyd edək ki, Ş.Familli 1990-cı illərdə televiziya məkanlarında ən öndə olan simalardan biri kimi fəaliyyət göstərib. Son illərdə ARB televiziyasında “Bazar Düzü” proqramının aparıcısı idi.


Вернуться назад