Главная > Cəmiyyət > Arvadını qətlə yetirdi, cinayəti koronavirusun üstünə atdı

Arvadını qətlə yetirdi, cinayəti koronavirusun üstünə atdı


15-04-2020, 13:05. Разместил: azadses
Mart ayında rəfiqəsi qəribə məzmunlu mesaj alıb
ABŞ-ın Florida ştatının Jupiter şəhər sakini həyat yoldaşının qətlində ittiham olunur. Lakin təqsirləndirilən törətdiyi əməli ört-basdır etmək üçün arvadının koronavirusa yoluxduğunu və yoxa çıxdığını iddia edib.
Azadsəs-in məlumatına görə, bu barədə “The Independent” nəşri məlumat yayıb.
51 yaşlı Qretxen Entoni müəmmalı şəkildə itib. Mart ayında rəfiqəsi Q.Entonidən qəribə məzmunlu mesaj alıb. Həmin mesajda qadın koronavirusa yoluxduğunu, xəstəliyini çox ağır şəkildə keçirdiyini, hazırda koronavirusa yoluxanların müalicə olunduğu tibbi mərkəzdə saxlanıldığını yazıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, Q.Entoni ümumiyyətlə koronavirusa yoluxması ilə bağlı Jupiter şəhərindəki tibbi mərkəzə müraciət etməyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qadının 48 yaşlı əri – Devid Entoni tərəfindən qətlə yetirilməsindən şübhələniblər. Faktiki olaraq bir yerdə yaşamayan cütlük fevralın 28-də rəsmi qaydada boşanmaq üçün məhkəməyə müraciət ediblər.
Məhkəmə linqvistik ekspertizasının rəyinə görə, həmin mesajı yoxa çıxmış Q.Entonin adından onun keçmiş əri D.Entoni göndərib.
Polis əməkdaşları D.Entonin yaşadığı mənzilə gəlsələr də, onu evdə tapmayıblar. Qonşulardan birinin polisə dediyinə görə, martın 21-də səhərə yaxın Entonigilin qarajı tərəfdən qışqırıq səsləri eşidilib: “Qadın səsi idi. Vahiməli şəkildə bağırır, “yox, mənə ağırdır” deyirdi”. Digər qonşu da anoloji ifadə verib. O, səhərə yaxın bağırtı səsləri eşitdiyini, Devidin maşınının evin önündə olduğunu söyləyib.
Polis əməkdaşları Devidin yaşadığı mənzildə axtarış aparıblar. Axtarış zamanı mənzildən yuyulmuş, lakin üzərində qan ləkəsinə bənzəyən dəsmal aşkarlanaraq götürülüb. Mənzildən başqa dəlillər də aşkarlanıb.
"Qətlin Devid tərəfindən törədilməsi müəyyən edilib. O, arvadının ölümündə və onun yoxa çıxmasında təqsirləndirilir” polisdən bildirilib.
Q.Entoninin cəsədi isə bu günə qədər tapılmayıb.
İnarə Rafiqqızı


Вернуться назад