Главная > Cəmiyyət > Abşeronda 33 yaşlı şəxs intihar edib

Abşeronda 33 yaşlı şəxs intihar edib


17-05-2021, 18:00. Разместил: azadses
Abşeron rayonunda intihar hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Musayev Asim Vəfa oğlu özünü evdə asaraq intihar edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.


Вернуться назад