Главная > Cəmiyyət > Saatlıda yolu keçən piyadanı avtomobil vurdu

Saatlıda yolu keçən piyadanı avtomobil vurdu


8-05-2021, 17:00. Разместил: azadses
Saatlı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Dədə Qorqud kəndində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Alıyev Natiq Novruzəli oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sağ mil sümüyünün sınığı diaqnozu qoyulub.


Вернуться назад