Главная > Cəmiyyət / Manset > Yevlaxda iki məktəblini avtomobil vurub, onlardan biri ölüb

Yevlaxda iki məktəblini avtomobil vurub, onlardan biri ölüb


25-04-2021, 10:00. Разместил: azadses
Yevlax şəhərində iki piyadanın vurulması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, VAZ-21015 markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən iki məktəblini vurub.
Ağır xəsarətlər alan məktəblilər xəstəxanaya yerləşdiriliblər.
Lakin onlardan biri, Yevlax rayon sakini, 2009-cu il təvəllüdlü Şahverdili Zəhra Elbrus qızının hayatını xilas etmək mümkün olmayıb. Digər məktəblinin müalicəsi davam etdirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Вернуться назад