Главная > Cəmiyyət / Manset > Bakıda ana və körpəsini maşın vurub, körpə ölüb

Bakıda ana və körpəsini maşın vurub, körpə ölüb


16-04-2021, 07:00. Разместил: azadses
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.
Südçülük sovxozu ərazisində 1987-ci il təvəllüdlü Qasımova Sevda Rasim qızı və qucağında olan 1 yaşlı Yusifov Fərid Vəhab oğlunu “BMW” markalı nəqliyyat vasitəsi vurub. Hadisə nəticəsində 1 yaşlı F.Yusifov ölüb. Ağır xəsarət alan S.Qasımova isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Вернуться назад