Главная > Cəmiyyət > Paytaxtda yolu keçən gənci avtomobil vurdu

Paytaxtda yolu keçən gənci avtomobil vurdu


17-03-2021, 08:46. Разместил: azadses
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Abışov Nadir Məhəmməd oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Ona bel-omba nahiyəsinin əziyi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

Вернуться назад