Главная > Cəmiyyət > Yasamalda 81 yaşlı qocanı avtomobil vurdu

Yasamalda 81 yaşlı qocanı avtomobil vurdu


4-03-2021, 08:00. Разместил: azadses
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Rayonun Ə. Ələkbərov küçəsində avtomobil yolu keçən 1940-cı il təvəllüdlü Eyvazov Ədil Əli oğlunu vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

Вернуться назад