Главная > Cəmiyyət / Manset > Gecə bəzi yerlərdə 17 dərəcə şaxta olub - AÇIQLAMA
Gecə bəzi yerlərdə 17 dərəcə şaxta olub - AÇIQLAMA25-02-2021, 09:55. Разместил: azadses |
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. Onun sözlərinə görə, fevralın 25-i gecə və səhər ölkə ərazisində ən aşağı temperatur Quba-Xaçmaz bölgəsində müşahidə edilib. İ.İbrahimovanın sözlərinə görə, sözügedən rayonlarda 13-17 dərəcə şaxta müşahidə edilibsə, Qəbələ, Zaqatala, Şəkidə 6-10, Aran rayonlarında 5 dərəcəyədək şaxta olub: “Maraqlıdır ki, adətən qışın ən şaxtalı keçdiyi Naxçıvan, Şərur, Ordubadda bu gecə 2-3 dərəcə şaxta qeydə alınıb, bu da Bakı şəhərində faktiki qeydə alınan temperaturdan 3 dərəcə yüksəkdir. Bakıda və Abşeronda minimal temperatur -6 dərəcəyədək olub, şəhərin nisbətən yüksəklikdə yerləşən ərazilərində havanın temperaturu daha aşağı enib”. Вернуться назад |