Главная > Cəmiyyət > Eynəkdən istifadənin pandemiya zamanı FAYDASI

Eynəkdən istifadənin pandemiya zamanı FAYDASI


22-02-2021, 09:13. Разместил: azadses
Hindistan alimləri bu nəticəyə gəliblər ki, koronavirus pandemiyası zamanı eynək taxan insanlar virusdan daha çox qorunmuş olurlar.
''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, bu barədə “The Sunday Telegraph” qəzeti yazıb.
Qəzet qeyd edib ki, eynək taxmayan insanların digərləri ilə müqayisədə virusa yoluxma riski yüksəkdir.
Tədqiqatçılar COVID-19-a yoluxmuş 304 pasiyent arasında sorğu keçiriblər. Məlum olub ki, onların 19%-i günün çox hissəsində eynək taxır. Alimlər gündə səkkiz saat eynək taxanların koronavirus infeksiyasına yoluxma ehtimalının az olduğunu bildiriblər. Çünki bu insanların üzə və gözlərə toxunma ehtimalı azdır.
Ekspertlər həmçinin sübut ediblər ki, eynək selikli qişa vasitəsilə COVID-19-a yoluxmaya mane olan hansısa qoruyucu amil ola bilər.
Pandemiyanın başlanğıcından dünyada koronavirusa 112 milyondan çox yoluxma qeydə alınıb, 87 milyondan çox pasiyent sağalıb, virusa yoluxmuş 2,6 milyondan çox insan ölüb.
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.


Вернуться назад