Главная > Cəmiyyət > Un və çörəyin qiyməti bahalaşacaq? - AÇIQLAMA
Un və çörəyin qiyməti bahalaşacaq? - AÇIQLAMA18-02-2021, 10:14. Разместил: azadses |
Nazirlər Kabineti "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" qərar verib. ''Azad Səs'' Sonxeber.az-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə bu Qərarın 2-ci hissəsi ilə müəyyən edilmiş qaydada 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 (otuz beş) manat məbləğində subsidiya veriləcək. Mövcud vəziyyətdə qiymətləri tənzimləmək mümkün olacaqmı? Əgər mümkün olmazsa, təxminən nə qədər artım müşahidə oluna bilər? İqtisadçı Qulu İbrahimli hesab edir ki, Azərbaycan hökumətinin atdığı bu addım qısa müddətli xarakter daşıyır: "Təbii ki, uzun müddətli dünya bazarında qiymət artımı müşahidə olunarsa, buğdanın idxalından müəyyən dərəcədə asılı olan Azərbaycana qiymət artımı öz təsirini göstərəcək. Təsadüfi deyil ki, iki ay ərzində mexanizmlərin yaradılması üçün verilən tapşırıqlarda Azərbaycan Dəmir Yolları QSC-nin də adı var. Burada olan əsas məsələlərdən biri də buğdanın kommersiyası ilə məşğul olan şəxslər üçün daşınma ilə bağlı müəyyən güzəştlərin edilməsidir. Bu problemin köklü həlli üçün birinci növbədə taxıl əkini ilə məşğul olan sahibkar və fermerlərin subsidiya ilə təmin edilməsidir. Fermerlərə verilən subsidiyaların artırılmalı və onlara nəticə yönümlü nəzarət təmin olunmaldır. Yəni əkin sahələri artırılmalı və fermerləri bu istiqamətdə stimullaşdırmaq lazımdır. Hesab edirəm ki, hökumət may ayından sonra da subsidiyaların verilməsinin müddətini artıracaq. Yeni mövsüm olandan, məhsul bazara daxil olandan sonra qiymətlərdə müəyyən sabitləşmə də olur. İstənilən halda əkin sahələri çoxalmalı, subsidiyaların həcmi artırılmalı, bu istiqamətdə nəzarət gücləndirilməlidir". Вернуться назад |