Главная > Cəmiyyət > Fiziki məhdudiyyətləri olan yaşlılar evlərində peyvənd edilir

Fiziki məhdudiyyətləri olan yaşlılar evlərində peyvənd edilir


17-02-2021, 11:39. Разместил: azadses
"2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşlar üçün həyata keçirilən vaksinasiya prosesi çərçivəsində respublikanın bölgələrində “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan xəstəxanaların həkim kollektivi tərəfindən fiziki məhdudiyyətləri olan şəxslərin evlərində peyvənd edilməsi işi həyata keçirilir.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, vaksinasiya prosesi Abşeron, Sumqayıt şəhərləri və digər regionlarda həyata keçirilir.


Вернуться назад