Главная > Cəmiyyət / Manset > Oqtay Şirəliyev qərar verdi

Oqtay Şirəliyev qərar verdi


15-02-2021, 12:26. Разместил: azadses
Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı genişləndirilib.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi Kollegiyasının sədri Oqtay Şirəliyev qərar qəbul edib.

Qərara əsasən, siyahıya “Zolgensma” dərmanı da əlavə edilib. Bununla da siyahıda qeyd olunan dərman vasitələrinin sayı 108-ə çatıb. Həmin dərman vasitəsi ABŞ-a şirkətinə məxsusdur.

Qərarın icrasına nəzarət nazir müavini Elsevər Ağayevə həvalə edilib.



Вернуться назад