Главная > Cəmiyyət > Bu qatarların hərəkəti dayandırıldı SİYAHI

Bu qatarların hərəkəti dayandırıldı SİYAHI


18-03-2020, 11:51. Разместил: azadses
Biletləri geri qaytarmaq mümkün olacaq
Sabahdan martın 29-na qədər Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayaıb. 
Hərəkəti dayandırılan qataralar bunlardır: 
- Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı
- Bakı-Tbilisi-Bakı (Böyük Kəsikə kimi) sərnişin qatarı
- Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı
- Bakı- Köçərli -Balakən-Bakı sərnişin qatarı
- Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı
- Bakı-Yalama-Bakı elektrik qatarı
- Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarı
Bu qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılır. Bu gün isə Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək.




Вернуться назад