Главная > Cəmiyyət > Əməkhaqqı 10 faiz artdı

Əməkhaqqı 10 faiz artdı


12-02-2021, 10:19. Разместил: azadses
Ötən il Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 535,8 manat təşkil edib.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 10,5% çoxdur.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 531,7 manata bərabər olub.

Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.

Вернуться назад