Главная > Cəmiyyət > Bu universitetlərdə də ənənəvi tədris bərpa edilməyəcək

Bu universitetlərdə də ənənəvi tədris bərpa edilməyəcək


11-02-2021, 17:57. Разместил: azadses
Azərbaycanda daha iki universitet fevralın 15-dən ənənəvi tədrisi bərpa etməmək barədə qərar verib.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ikinci smestri onlayn şəkildə davam etdirəcək.

ADAU-dan bildirilib ki, tədris distant (onlayn) formada və ADAU TV vasitəsilə keçiriləcək.

AzTU-nun mətbuat katibi Sevinc İsgəndərova “Report”a bildirib ki, tədris onlayn şəkildə davam edəcək: "Laboratoriya dərslərində virtual laboratoriya təqdim olunacaq".

Вернуться назад