Главная > Cəmiyyət > Avropanın bu ölkələrində koronavirus yoxdur - SİYAHI

Avropanın bu ölkələrində koronavirus yoxdur - SİYAHI


5-03-2020, 18:34. Разместил: azadses
Ümumdünya Səhiyyə Təşkilatının məlumatı
Avropa İttifaqına daxil olan 4, ümumilikdə isə 9 Avropa ölkəsində koronavirusa rast gəlinməyib.
Azadsəs-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir.
Qeyd edilir ki, hazırda koronavirus Aİ-nin 23 ölkəsində təsbit olunub. Slovakiya, Bolqarıstan, Malta və Kiprdə yoluxma faktı qeydə alınmayıb. İttifaqa daxil olmayan Moldova, Çernoqoriya, Türkiyə, Albaniya və Serbiyada da ölümcül epidemiyadan əziyyət çəkən yoxdur.
Virusun yoluxma ocaqlarından biri də İtaliya hesab edilir. Orada 3089 nəfər virusa yoluxub, 107 nəfər isə dünyasını dəyişib.


Вернуться назад