Главная > Cəmiyyət > Azərbaycanda koronavirusluların sayı 6-ya çatdı

Azərbaycanda koronavirusluların sayı 6-ya çatdı


5-03-2020, 13:48. Разместил: azadses
Onlardan ikisi İranda oxuyan azərbaycanlı tələbələr, biri isə Almaniya vətəndaşıdır
İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.Bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.
Həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdiriliblər.
Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
"İndiyə qədər koronavirusa yoluxmuş bütün şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir".
Xatırladaq ki, bundan öncə də ölkədə 3 virus daşıyıcısı aşkar edilmişdi. 




Вернуться назад