Главная > Cəmiyyət > Bakıda maska satan tutuldu - metroda

Bakıda maska satan tutuldu - metroda


5-03-2020, 13:02. Разместил: azadses
Qatarda maskanın 1-i 2 manata satılıb
Bakı metrosunda sərnişinlərə tibbi maska satan şəxs saxlanılıb. Hadisə ilə bağlı Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində qeydiyyatda olan Mahir Kamalov məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə metro stansiyasında sərnişinlərə 1 ədədi 2 manata maska satılması ilə bağlı məlumat yayılmışdı. Kişi “İnşaatçılar” stansiyasından “20 Yanvar” istiqamətində hərəkətdə olan qatarın içində qoruyucu maska satışı ilə məşğul olub. 
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron rayon sakini 1969-cü il təvəllüdlü M.Kamalov metropolitenində polis şöbəsinə gətirilib. Onun barəsində İXM-in 454-cü maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməklə, inzibati tənbeh tədbiri tətbiq olunub.




Вернуться назад