Главная > Cəmiyyət > Xətaidə qazın verilişinin nə vaxt bərpa olunacağı AÇIQLANDI

Xətaidə qazın verilişinin nə vaxt bərpa olunacağı AÇIQLANDI


3-02-2021, 15:18. Разместил: azadses
“Magistral qaz kəmərində aparılan təmir işlərinin və qaz təchizatının 18:00-a qədər tamamlanması gözlənilir”.
Bu barədə Oxu.Az-a “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib.
Onun sözlərinə görə, qaz təchizatı 18:00-a qədər bərpa edilsə də, magistral kəmərlərin dolması vaxt apara bilər.
Qeyd edək ki, “Qaz İxrac” İdarəsinin “Digah-Böyük Şor” magistral qaz kəmərinin 6,4-cü kilometrində əmələ gəlmiş qaz sızmasının ləğvi və korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri aparılır.
Bildirilir ki, səhər saat 09:00-dan etibarən işlər başa çatanadək Xətai rayonunun Babək, Xocalı, Nobel prospektləri, Y.Səfərov, F.Bayramov, S.Vəzirov, M.Mehdizade, İ.Orucova küçələri, NZS qəsəbəsi, UPD yaşayış massivi, Əhmədli kəndi və digər bir neçə yaşayış məntəqəsində bir qrup abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.


Вернуться назад