Главная > Cəmiyyət > Karantindən çıxmağın yeganə yolu vaksinasiyadır - Professor

Karantindən çıxmağın yeganə yolu vaksinasiyadır - Professor


28-01-2021, 13:42. Разместил: azadses
Karantin rejimindən çıxmağın, normal həyata qayıtmağın yeganə vasitəsi vaksinasiyadır. Yanvarın 21-də özüm bu vaksini vurdurmuşam və heç bir mənfi əlamət, yan təsir hiss etməmişəm.
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova bildirib.
 
O qeyd edib ki, rəhbərlik etdiyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 200-dən artıq tibb işçisi vaksinasiya olunub:
“Heç kəsdə, hətta ürəyində stend olan xəstələrdə yan təsir müşahidə olunmayıb. Tam məsuliyyətlə bildirirəm ki, xəstəliyin geniş miqyasda yayıldığı bir vaxtda karantin rejimindən çıxmağın, normal həyata qayıtmağın yeganə vasitəsi vaksinasiyadır. Hələlik bundan etibarlı vasitə yoxdur. Ölkə əhalisinin təxminən 60-70 faizi vaksinasiya olunarsa, kütləvi immunitet yaranar və xəstəliyin qarşısı alına bilər”.
 
 Vaksinasiyadan bir müddət sonra hansısa fəsadların baş verə bilməsi barədə gəzən şailərin də əsassız olduğunu deyən mütəxəssis öldürülmüş vaksinin orqanizmdə uzun müddət qalmaq, inteqrasiya etmək ehtimalının olmadığını diqqətə çatdırıb:

“Əgər vaksinasiya olmamışıqsa yoluxmaq və yoluxdurmaq ehtimalımız çoxdur. Digərlərinə örnək olmaq, izah etmək, başa salmaq bizim təkcə həkimlik deyil, həm də vətəndaşlıq borcumuzdur. Müharibədən təzə çıxan, hələ çətinliklərlə üzləşəcək xalqımızın sağlamlığını qorumaq ilk növbədə bizdən başlanır. Həmişə tibb ictimaiyyətinə nümunə olan ATU əməkdaşlarını vaksinasiya prosesində də fəallıq göstərməyə çağırıram”.

Вернуться назад