Главная > Cəmiyyət > Şəhid kapitanın qız övladına Şuşa adı verildi: ən böyük arzusu...

Şəhid kapitanın qız övladına Şuşa adı verildi: ən böyük arzusu...


28-01-2021, 13:15. Разместил: azadses
Vətən müharibəsində torpaqlarımız uğrunda canından keçən qəhrəman şəhidimiz kapitan Elçin Ağayevin övladı dünyaya gəlib.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, onun qız övladına Şuşa adı verilib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) rəsmi sosial media səhifəsində bildirilib. Qeyd olunub ki, körpə Şuşaya şəxsiyyət vəsiqəsinin verilməsi xidməti göstərilib.

“Əziz Şuşa, adınla böyü.

Şəhidimiz Elçin Şuşanın azadlığında iştirak etməyi arzulayıb, bu şəhəri görmək istəyib. Buna görə də onun yeni doğulan övladına Şuşa adı verilib.

Allah şəhidimizə rəhmət eləsin!”

Qeyd edək ki, şəhidimizin Şuşadan başqa daha iki qız övladı var.

Вернуться назад