Главная > Cəmiyyət > Koronavirus peyvəndi ilə bağlı sevindirici xəbər - TƏSDİQLƏNDİ

Koronavirus peyvəndi ilə bağlı sevindirici xəbər - TƏSDİQLƏNDİ


21-01-2021, 16:06. Разместил: azadses
"Pfizer" və "BioNTech" tərəfindən hazırlanan koronavirus peyvəndinin İngiltərədə aşkarlanan və bütün dünyaya yayılan koronavirusun mutasiyaya uğramış formasına qarşı təsirli olduğu açıqlanıb.

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar qan analizinə əsaslanıb. B117 adlandırılan virusun 10-dan çox növü üzərində araşdırma həyata keçirilib.

"BNT162b2" adlı vaksinin koronavirusun mutasiyaya uğramış formasına qarşı effekti olduğu qənaətinə gəlinib.

Qeyd edək ki, daha əvvəl analoji araşdırma Cənubi Afrika Respublikasında da həyata keçirilib.


Вернуться назад