S/s | Yolun adı (istiqamətlə) | Mövcud vəziyyəti |
1 | Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi | Yolun Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisindən keçən hissələrində gecə saatlarından qar yağır və hal-hazırda yağıntı zəifdir. Səhər saatlarından yolda qar təmizlənmiş, duz və qum səpilmişdir Siyəzən-Şabran rayonları keçən ərazidə 1-2 dərəcə şaxta, Quba rayonu keçən ərazidə 3-4 dərəcə şaxta var. Nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində növbətçi dəstələr tərəfindən müvafiq işlər həyata keçirilib və hal-hazırda da keçirilməsi davam etdirilir Xınalıq istiqamətində avtomobil yolunun Qırızdəhnə kəndinə kimi olan ərazidə 8-11 sm qar müşahidə olunur. Xınalıq istiqamətində 11 dərəcə şaxta var və bu səbəbdən bu yolun hissələrində güclü buzlaşma müşahidə olunur. Yolda qar təmizlənir, duz-qum qarışığı səpilir. Hal-hazırda zəyif qar yağır. Nəqliyyatın hərəkəti təmini olunub və hal-hazırda bu istiqamətdə işlər davam etdirilir |
2 | Giləzi - Xızı | Gecə saatlarında güclü qar yağmış və şaxta olmuşdur. Hal-hazırda zəif qar yağır, 3-5 dərəcə şaxta izlənilir. Yolda səhər saatlarında qar təmizləmiş duz-qum qarışığı səpilmə işləri həyata keçirilmişdir. Nəqliyyatın hərəkəti təmin olunub. Yolda buzlmaşma yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti normaldır |
3 | Bakı - Qobustan | Abşeron rayonu ərazisinə zəif qar yağır, gecə saatlarında yol qardan təmizlənmiş, qum-duz səpilib. 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub |
4 | Qobustan - Şamaxı - Muğanlı | Marşrut boyu gecə saatlarında qar yağmış, yol qardan təmizlənmiş, qum-duz səpilib. 2-3 dərəcə şaxta var, yağıntı yoxdur. Hazırda kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yollarda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub |
5 | Muğanlı - Ağsu - Yevlax | Muğanlı ərazisində zəif qar yağır, gecə saatlarından başlayaraq Ağsu dolaylarında yol qardan təmizlənib, yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolun Muğanlı-Ağsu hissəsində 3-4 dərəcə şaxta və duman var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
6 | Bakı - Ələt - Hacıqabul | Yolun Bakı-Ələt hissəsində zəif çisgin var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub |
7 | Hacıqabul – Ucar – Yevlax | Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır |
8 | Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi | Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub |
9 | Muğanlı – İsmayıllı | Zəif qar yağır, yolda qar yoxdur, yolun kənarlarında 30-35 sm qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. 4-5 dərəcə şaxta var. Yolda maillik çox olan yerlərdə, körpülərdə və əsasən yolun meşə zolağından keçən hissələrində buzlaşma olduğundan nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilib. Bununla yanaşı kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub |
10 | İsmayıllı - Qəbələ - Oğuz - Şəki | İsmayıllı və Qəbələ rayonları ərazisinə zəif qar yağır, yolda qar yoxdur, 4-5 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Oğuz və Şəki rayonları ərazisində temperatur müsbət olduğundan qar əriyib. Hazırda kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub |
11 | Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi | Marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub |
12 | Yevlax – Şəki (Göybulaq) | Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub |
13 | Gəncə-Daşkəsən-Xoşbulaq | Yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 15 dərəcə şaxta var. Səhər saatlarında yolun buz bağlamış sahələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub |
14 | Şəmkir - Gədəbəy | Yağıntı yoxdur, Gədəbəy rayonu ərazisində 15-16 dərəcə şaxta var. Səhər saatlarında yolun buz bağlamış sahələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub |
15 | Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi | Marşrut boyu gecə saatlarında sulu qar və qar yağmış, temperatur müsbət olduğundan əriyib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub |
16 | Masallı – Yardımlı | Yardımlı rayonu ərazisində 15 sm qar yağmış, hazırda zəif qar yağır. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yardımlı rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub |
17 | Lənkəran – Lerik | Lerik rayonu ərazisində 20-25 sm qar yağıb, hazırda yağıntı davam edir. 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub |
18 | Hacıqabul – Bəhramtəpə – Horadiz | Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır |